Hadisə

Rusiyada hərbi hissədə partlayış: 3 hərbçi ölüb, 16 nəfər yaralanıb

 

Rusiyanın Belqorod vilayətindəki hərbi hissədə partlayış baş verib.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, partlayış rusiyalı hərbçinin qumbara partlatması nəticəsində baş verib.

Yanvarın 14-də tağım komandiri, baş çavuş RQD-5 əl qumbarasını partladıb. Nəticədə hərbi hissədə olan silah-sursat anbarında yanğın və partlayış baş verib. Yanğın sahəsi 450 kv.m olub. Partlayış nəticəsində, ilkin məlumatlara görə, üç hərbçi ölüb, 16 nəfər yaralanıb, 8 nəfər isə itkin düşüb.

Faktla bağlı cinayət işi açılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Yasamalda evi başına uçurdulan qadın hadisənin detallarını açıqladı

redaktor

Dəhşətli hadisə! Arvadını və qızlarını öldürdü: “Yadplanetlilər edib” – ŞOK

admin

Bakıda 20 yaşlı tələbəni evindən çıxarıb məhəlləsində öldürdülər – VİDEO

redaktor