26 C
Bakı
21 İyun 2025 10:39
Dünya

Kremldə savaş şiddətlənir – Putinə yaxın isimlə bağlı şok iddia

 

“Vaqner” qrupunun lideri Yevgeni Priqojinin apardığı informasiya müharibəsi səbəbindən Rusiyanın orduya inamı azalır.

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin köməkçisi Vadim Denisenko deyib.

Denisenko qeyd edib ki, Priqojinlə Rusiya Prezidenti Vladimir Putin arasında savaş yoxdur, çünki o, dövlət başçısı ilə rəqabət aparacaq səviyyədə deyil.

“Priqojinlə Rusiya Müdafiə Nazirliyi və Baş Qərargahı arasında şiddətli informasiya müharibələri gedir. Priqojin bu müharibəni Rusiyada ən yüksək siyasi liqaya girməyə cəhd etmək üçün aparır. Yəni Priqojin heç olmasa, Dumada fraksiyalardan birində yer almağı qarşısına məqsəd qoyub, – Ukrayna rəsmisi söyləyib.

Onun fikrincə, Rusiya Baş Qərargahı ilə “Vaqner”in lideri arasında gedən mübarizə Priqojinin siyasi gələcəyi üçün müharibədir: “Vaqner” rəhbərinin özü də başa düşür ki, dayansa, fiziki cəhətdən məhv ediləcək. Ona görə də bu müharibəni qızışdırmağa davam edəcək”.

Yevgeni Priqojin ictimai-siyasi çevrələrdə “Putinin aşpazı” ləqəbi ilə tanınır.(Teleqraf.com )

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna bir raket atmadan rus təyyarəsini məhv etdi

redaktor

Kamala Harrisin kampaniyasına 24 saat ərzində rekord məbləğ toplandı

admin

Şarjda qalan telefon FACİƏYƏ səbəb oldu

redaktor