Dünya

Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək

 

“Gürcüstan münaqişədə iştirak etmək istəmədiyi üçün Ukraynaya hərbi yardım göstərməyəcək”.

Bunu Gürcüstanın Baş nazirin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani bildirib.

“Gürcüstan hakimiyyəti dövlətin hərbi qarşıdurmaya cəlb olunmasına imkan verməyəcək, ona görə də təbii ki, biz qarşıdurmada iştirak edən tərəflərdən birinə hərbi yardım göstərə bilməyəcəyik. Üstəlik, bildiyimə görə, biz aldığımız belə silahların transferindən danışırıq” – deyə, o bildirib.

Baş nazirin müavini əlavə edib ki, Gürcüstan çoxlu silahlı münaqişələr yaşayıb və hakimiyyətin vəzifəsi bunun bir daha baş verməməsidir.

Tacxeber.com

Oxşar xəbərlər

“Ən yaxşı məsləhətçim həyat yoldaşımdır” – Zelenski

redaktor

Macarıstan prezidenti qalmaqaldan sonra istefa verdi

redaktor

Tramp Ərdoğanı Rusiya neft-qazından imtina etməyə çağırıb.

admin