11 C
Bakı
27 Mart 2026 16:42
DünyaGündəm

Ərdoğan: “Ey yunan, sən sakit durduqca səninlə işimiz yoxdur” – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlanın Fethiye rayonunda xalqa müraciət edib.

O, ölkənin müdafiə sənayesinin nailiyyətlərindən danışıb və bundan narahat olanları xəbərdar edib.

Dövlət başçısı “Kızılelma” pilotsuz təyyarəsinin tezliklə kütləvi istehsalına başlanılacağını və onun F-16 qırıcılarının daşıdığı raketlərlə təchiz ediləcəyini bildirib.

“İndi bu yunanlar nə deyir? Görəsən bu çılğın türklər nə edir? İzmirdə sınaqlar keçirildi və oradan atılacaq raket onları qorxutmağa başladı. Mən isə deyirəm ki, ey yunan, nə qədər ki, sən sakit duracaqsan, bizim səninlə işimiz yoxdur”, – deyə Ərdoğan bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər

Şərurlu İsfəndiyarın yanında işləyən alimlər kimlərdir? – Özü açıqladı

redaktor

“Pfizer” vaksinin təhlükələrini dünyadan gizlədib?

redaktor

Zelenski İrəvanla bərabər Bakıya da gəlir? – Erməni yalanı

redaktor