22 C
Bakı
11 Sentyabr 2026 01:16
Hadisə

Xızıda Cəfər Cabbarlının ev muzeyinin dam örtüyünü külək aparıb – FOTO

Şimal bölgəsində tüğyan edən qasırğa, güclü külək bir sıra ciddi fəsadlar yaradıb. İki gün ərzində bölgədə yüzə yaxın yaşayış məntəqəsi işıqsız qalıb.

Güclü külək Xızıda böyük dramaturq Cəfər Cabbarlının ev muzeyinin dam örtüyünün bir hissəsini də uçurub.

Yerli sakinlərdən Bizim.Media-ya verilən məlumata görə, hazırda muzey ciddi təhlükə altındadır. Təmirdən yeni çıxmış otaqlar və bəzi eksponatlar məhv olmaq təhlükəsi ilə üz-üzədir.

C.Cabbarlı muzeyinin direktoru Həcər Rəsulova da faktı təsdiqləyib. O, muzeyin binasının təmir işlərində heç bəxtinin gətirmədiyini deyib. Bildirib ki, dam örtüyünün bir hissəsini güclü külək aparıb və hazırda imdadlarına çatacaq bir kəs yoxdur.

Məsələ ilə bağlı Xızı Rayon İcra Hakimiyyətindən hələ ki bir cavab verilməyib.

C.Cabbarlının Xızıdakı ev muzeyi barədə Bizim.Media bir neçə dəfə yazıb. Mədəniyyət Nazirliyinin başında kimin durmasından asılı olmayaraq heç bir nazir 2019-cu ildən bəri təmirə dayanan muzeyin eksponatlarının bədii tərtibat işlərini başa çatdırmaqda maraqlı olmayıb.

Oxşar xəbərlər

Odessa limanı yaxınlığında bir gəmiyə dron hücumları nəticəsində Azərbaycan dənizçiləri həlak olub

redaktor

“Şəki faciəsi: məsuliyyəti küləyin üzərinə atmaq olmaz”

redaktor

Zubirin transferində gözlənilməz problem – Keçidi təsdiqlənmədi

admin