2 C
Bakı
11 Fevral 2026 10:24
Dünya

İran Rusiyaya yüzlərlə ballistik raket satmağı planlaşdırır – Amerikalı diplomat

İran Rusiyaya yüzlərlə ballistik raket satmaq imkanını daha da nəzərdən keçirir.

Tacxeber.com “unian”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild BMT Təhlükəsizlik Şurasının ötən gün keçirilən iclasında  bildirib.

“Həm İran, həm də Şimali Koreya BMT-nin qətnaməsini pozaraq Rusiyaya qadağan olunmuş silahlar, o cümlədən qadağan olunmuş PUA və dronlar göndərməyi planlaşdırır. Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələr endirmək üçün İran pilotsuz təyyarələrindən istifadə edir, milyonlarla ukraynalını elektrik enerjisindən, istilikdən məhrum edir… Biz bilirik ki, İran hazırda Rusiyaya yüzlərlə ballistik raket ötürmək barədə düşünür”-ABŞ-ın BMT-dəki daimi nümayəndəsi onu da qeyd edib.

Amerikalı diplomat  İranı bu hərəkətlərindən çəkinməyə və sülhü dəstəkləməyə çağırıb.

Amerikalı diplomat Şimali Koreya BMT-nin qətnaməsini birbaşa pozaraq “Vaqner”ə silah göndərməsini də qətiyyətlə pisləyib: “Biz Şimali Koreyanın “Vaqner” qrupuna daha çox hərbi texnika göndərməyi planlaşdırdığından narahatıq və Şimali Koreyanın hərəkətlərini pisləyirik və onları  bu cür hərəkətləri dayandırmağa çağırırıq”.

Linda Tomas-Qrinfild  onu da bildirib ki, dünya ölkələri birləşərək Rusiyadan müharibəni dayandırmağı tələb etməlidir: “İndi bütün dünya ölkələrinin birləşərək Rusiyadan bu mənasız müharibəni dayandırmağı tələb etmək vaxtıdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Prezident bu hərbi qulluqçuları təltif etdi – Siyahı

redaktor

Tramp: “Söylədim ki, Vladimir, bunu etmə, Moskva ağır zərbə altında qalacaq”

redaktor

Edvard Snouden: “Durovun saxlanılması Fransa üçün rüsvayçılıqdır” – FOTO

redaktor