12 C
Bakı
25 Mart 2026 13:52
İqtisadiyyat

2023-cü ildə ciddi ərzaq qıtlığı proqnozlaşdırılır – Xəbərdarlıq

 

Bu il dünyada kəskin qida çatışmazlığından əziyyət çəkən insanların sayı 349 milyona çata bilər.

Tacxeber.commodern.az xəbər verir ki, bunu Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli bildirib.

O, buna səbəb kimi, aclıq, quraqlıq, tədarük zəncirlərinin pozulması, yüksələn yanacaq qiymətləri və nəqliyyat xərcləri, səhiyyə sisteminin hazırkı ağır yükü fonunda qiymətlərin artmasını göstərib.

Devid Bisli qeyd edib ki, altı il əvvəl vəzifəyə gələndə dünyada 80 milyon insan aclıqdan əziyyət çəkirdi. Koronavirus pandemiyası başlamazdan əvvəl münaqişələr və iqlim şokları səbəbindən bu say 135 milyona çatdı. Pandemiya ilə əlaqədar, kifayət qədər qida qəbul edə bilməyənləri də burayaəlavə etsək, bu say indi 276 milyondur. Efiopiya, Yəmən, Ukrayna və Əfqanıstandakı vəziyyət də buna mənfi təsir göstərir.

Qeyd edək ki, FAO da daxil olmaqla, bir sıra təşkilatların son hesabatında 30 milyon uşağın kəskin qida çatışmazlığından əziyyət çəkdiyi bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə!

admin

Restoran SOYĞUNÇULUĞU: 25% servis haqqı tələb oluna bilər? – ARAŞDIRMA

redaktor

Hörmətli məmurlar, zəhmət olmasa hesabat verin.

admin