29 C
Bakı
13 Avqust 2025 10:19
DünyaGündəm

Ərdoğan: “Ey yunan, sən sakit durduqca səninlə işimiz yoxdur” – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlanın Fethiye rayonunda xalqa müraciət edib.

O, ölkənin müdafiə sənayesinin nailiyyətlərindən danışıb və bundan narahat olanları xəbərdar edib.

Dövlət başçısı “Kızılelma” pilotsuz təyyarəsinin tezliklə kütləvi istehsalına başlanılacağını və onun F-16 qırıcılarının daşıdığı raketlərlə təchiz ediləcəyini bildirib.

“İndi bu yunanlar nə deyir? Görəsən bu çılğın türklər nə edir? İzmirdə sınaqlar keçirildi və oradan atılacaq raket onları qorxutmağa başladı. Mən isə deyirəm ki, ey yunan, nə qədər ki, sən sakit duracaqsan, bizim səninlə işimiz yoxdur”, – deyə Ərdoğan bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya nümayəndələri Ukrayna ilə danışıqlar üçün Türkiyəyə yola düşüb

redaktor

Sabah qonşu və dost Gürcüstanda çox vacib seçki keçiriləcək.

admin

ÇL: “Real” – “Mançester Siti” matçında 6 qol vuruldu

admin