16 C
Bakı
23 Mart 2026 17:31
CəmiyyətGündəm

“Hökumət pul vermir, çətinlik çəkirik” – Milli Onkologiya Mərkəzinin baş direktoru

 

Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmi Əliyev Mərkəzdə KT aparatının aylardır işləməməsi ilə bağlı xəbərə reaksiya verib.

Tacxeber.com xəbər verir ki, gununsesi.info-ya danışan akademik KT aparatının işləməməsini obyektiv səbəblə izah edib.

“Mənim də bundan xəbərim var. Aparatın platası yanmışdı. Bu böyük vəsait deməkdir. Hökumət pul vermir, çətinlik çəkirik.  Amma məsələ həllini tapdı və aparat hazırda işləyir. Belə hallar yaşamışıq”, deyə Cəmil Əliyev bildirib.

Qeyd edək noyabr ayından Mərkəzdəki Komputer Tomoqrafiya Aparatının (KT) işləməməsi ilə bağlı xəbər yayılmışdı. Məlumata görə, bölgələrdən gələn insanlar çalışan digər KT aparatında müayinə olunmaq üçün günlərlə növbə gözləməli olurlar.

Tacxeber.com

Oxşar xəbərlər

Yeni əkilən ağac tingləri niyə çıxarılıb? – Rəsmi cavab

admin

Zakir Qaralovun qalmaqallı əmisi qızına yenə də vəzifə verildi

admin

Mirzoyan həyasızlığı və “işğal siyasəti”nə uğursuz cəhd

redaktor