24 C
Bakı
12 Sentyabr 2026 10:47
CəmiyyətHadisə

Bakıda qadının da üzv olduğu narkoşəbəkə ələ keçdi

 

Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin keçirdikyi əməliyyat-axtarış tədbirləri ilə Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Aygün Rzayeva, Nəsimi Yunisli, Vidadi Nəzərzadə, Vüsal Ələkbərov və Elvin Şərifov tutulublar.

Tacxeber.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, müəyyən edilib ki, Aygün Rzayeva Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirmək üçün şəbəkə yaradaraq Nəsimi Yunisli və digərlərini bu işə cəlb edib. O, narkotik vasitələri isə sosial şəbəkələr vasitəsi ilə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib. Aygün Rzayeva və onun şəbəkəsinə daxil olan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələri Aygün Rzayeva və Nəsimi Yunislidən aldıqlarını etiraf ediblər.

Faktlarla bağlı 3-cü PŞ-də toplanan materiallar Xəzər RPİ-yə göndərilib, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

11 Sentyabr-Əsrin zorakılıq təməli

redaktor

İki Anara 25 il iş

admin

Gəncədə ” Fizuli”nin tüstüsü

admin