11 C
Bakı
30 Mart 2026 03:35
Cəmiyyət

Aqil M.Quliyevin ölkədən çıxışına QADAĞA QOYULDU

 

Tanınmış rejissor və aktyor Aqil Quliyev məhkəməyə verilib.

Tacxeber.com Lent.az-a istinadla xəbər verir ki, onun barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi xüsusi icraat qaydasında iddia qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsinə göndərilib.

İddiaya əsasən, aktyor Aqil Quliyev bir müddətdir vergi borcunu ödəmir. Bu səbəbdən adı çəkilən dövlət qurumu məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edir.

Şikayətə Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Aqil M.Quliyev açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib:

“Sənədləşmə işlərində problem yaranıb. İllərdir işləmirəm. Vergi borclarım toplanıb. Bu barədə başqa söz demək istəmirəm”.

Tacxeber.com

Oxşar xəbərlər

Orta məktəbdə 56 min manat mənimsənilib, cinayət işi açılıb

admin

Mehdiyevin oğlu və kürəkəni həbs olunacaq – İDDİA

redaktor

Vardanyan Bakı həbsxanasında aclıq aksiyasına başladı

redaktor