7 C
Bakı
26 Dekabr 2025 22:02
Gündəm

Vasif Talıbovun qızı vəzifəsindən azad edildi

 

“Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Bank məlumat yayıb.

Məlumata görə, indiyə qədər MŞ-ya sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub. Keçmiş sədr bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərək, onunla birlikdə Şurada həm də Rüfət Məmmədov üzv kimi təmsil olunacaq.

Bundan başqa, indiyə qədər Şuranın üzvləri olan Baharxanım Talıbova (Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) və Rifat Mahmudov da vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir.

Tacxeber.com

Oxşar xəbərlər

Xamenei niyə yoxa çıxıb?

admin

Sabiq mədəniyyət nazirinin mədəniyyətsiz qızı

redaktor

Adilə Mehdiyevanın ÖLÜM SƏBƏBİ: SƏS YAZISI…. – YENİ FAKTLAR

admin