GündəmSiyasət

Səbinə Əliyeva Misir Qasımlının məsələsini diqqətdə saxlamasını Ukrayna Ombudsmanından xahiş etdi

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Ombudsman təsisatının 10 illiyi münasibətilə Ankarada keçirilən beynəlxalq konfransda iştirak edir.

Tacxeber.com-ın xəbərinə görə, Ombudsman Səbinə Əliyeva tərəfindən konfrans çərçivəsində xarici həmkarları arasında bir çox görüşlər keçirilib. Növbəti belə görüş Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets arasında olub.

Görüş zamanı iki ölkənin ombudsman təsisatları arasındakı əməkdaşlıq əlaqələri, mövcud vəziyyətdə insan hüquqlarının effektiv müdafiəsi və təmini sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

S.Əliyeva hazırda Ukraynada həbsdə olan Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin hüquqlarının müdafiəsi məsələsini diqqətdə saxlamasını Ukrayna Ombudsmanından xahiş edib.

Hər iki Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

Qeyd edilməlidir ki, Ukrayna Ombudsmanı konfrans zamanı verdiyi müsahibəsində ukraynalılara humanitar yardımını əsirgəməyən Azərbaycan Respublikasına təşəkkür edib və bu məsələdə Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın mühüm rol oynadığını diqqətə çatdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Özü isə onun, polislərin Qarabağ müharibəsi əlillərini döyməsini çəkib yaydığına görə cəzalandırıldığını deyir.

admin

Reflüksün öhdəsindən gəlməyin sadə yolları

redaktor

Sabir Rüstəmxanlı: “Bunu Tənzilə xanıma mən məsləhət görmüşəm” – MÜSAHİBƏ

admin