24 C
Bakı
26 Sentyabr 2025 17:53
Gündəm

Rza Talıbovla Vüqar Abbasov sahibkarları hədələyir: “İynə vurarlar dəli olarsınız” – VİDEO

 

Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən ticarətçilər onlardan alınan icarə haqlarının çox olması ilə bağlı narazılıqlarını bildirirlər. Kirayə və xidmət haqlarının həddindən artıq çox olduğunu deyən Ticarət Mərkəzində çalışanlar muxtar respublikada alıcılıq qabiliyyətinin də çox aşağı olduğunu qeyd edirlər.

Tanınmış jurnalistlər Aygün Muradxanlı və Tural Səfərov Naxçıvana səfərləri zamanı Cahan Ticarət Mərkəzində çalışan ticarətçilərlə görüşüb, onların problemlərini ictimailəşdiriblər.

Ticarətçilər deyib ki, dükanların əksəriyyəti onlara yox, bəzi məmurlara və ticarətlə əlaqəsi olmayan digər şəxslərə satılıb. Həmin sahibkarlar isə 8-10 kvadratmetrlik dükanlar üçün ticarətçilərdən 400-600 manat kirayə haqqı alırlar. Bundan əlavə ticarət mərkəzi tərəfindən isə sahibkarlardan müqavilədə 175 manat göstərildiyi halda, 280-300 manat arası xidmət haqqı alınır. Onlar bildiriblər ki, karqo şirkətləri də qiymətləri qaldırıb. Təbii ki, bütün bunların hamısı qiymətlərə öz təsirini göstərir.

 

Oxşar xəbərlər

“Alman ordusu Avropada ən güclü ordu olacaq” – Fridrix Merts

admin

Bələdiyyə sədri gülüş doğurdu: Afrika şahzadəsi kimi təqdim etmişdi, gerçək üzə çıxdı

redaktor

Qurban Qurbanovdan sonuncu XƏBƏRDARLIQ – Elə et ki, gözümdən düşməyəsən

admin