19 C
Bakı
26 Sentyabr 2025 21:16
Şou

“Pis yola düşməkdənsə, 5 dəfə ailə qurmaq yaxşıdır”

 

“Səhnə adamları ailəyə yox, xalqa məxsusdurlar. Onlar 80 yaşında da ailə qura bilərlər. İnsanlar var efirdə deyib, elə qız alacağam ki, telefonu olmasın. Biri deyib, müğənni almaram, alıb da. O biri qayıdıb, ailə dağıtmaram. Dağıdıb da, boşanıb da. İdmançılar olub ki, deyib, müğənni qız almaram. Alıb, sonra qız da onu boşayıb. Flora Kərimovanın bir sözü var, pis yola getməkdənsə, 5 dəfə ailə qurmaq yaxşıdır”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Gəl, danış” verilişində deyib. Müğənni ailə qurması haqda sualları cavablandırıb. O bildirib ki, bu yaşdan sonra ailə qurmağı düşünmür.

Bacısı ilə küsməsi haqda suala “Bacılarım hər zaman yanımda olub. İstəyirəm, bacılarım özləri addımlayıb, uğur qazansınlar. Məndən də istedadlıdırlar” cavabını verib.

Tacxeber.com

Oxşar xəbərlər

Cennifer Lopes haqqında yeni şayiə yayıldı: Mühafizəçisi ilə eşq yaşayır?

redaktor

Röyanın ev qiymətinə olan çantası gündəm oldu – VİDEO

redaktor

Yaşar Nurinin anım günüdür

redaktor