Cəmiyyət

Azərbaycan Ombudsmanının maaşı artırılıb

 

Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılıb.

Tacxeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, Ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manata çatdırılıb.

Bundan əlavə, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Konstitusiya Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.

Tacxeber.com

Oxşar xəbərlər

Deputat Jalə Əliyevanın yanlış iddiası: Azərbaycanda qadınlar kişilərlə eyni maaşı alırlar

admin

İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər – REKTOR

redaktor

Qəlyan çəkənlərin DİQQƏTİNƏ: ağız xərçəngi yaradır

redaktor