28 C
Bakı
12 Avqust 2025 20:56
Şou

Rəvan Qarayev ilk evliliyindən olan qızını üzə çıxardı – VİDEO

 

İki dəfə ailə həyatı uğursuz alınan müğənni Rəvan Qarayev böyük qızı Ayanı üzə çıxarıb.

Tacxeber.com bizim media-ya istinadən xəbər verir ki, övladı ilə “Günaydın Azərbaycan!” səhər verilişinə çıxan sənətçi bildirib ki, qızının ana tərəfdən nənəsi ilə qaldığını açıqlayıb.

“Həm mənimlə, həm də anasının nənəsi ilə qalır. Ayan ingilis və rus dillərində mükəmməl danışır”, – deyə Rəvan vurğulayıb.

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı “Atan və baban müğənnidir. Bəs sən musiqi ilə məşğul olursan?” sualına Ayanın cavabı belə olub:

“Musiqiyə həvəsim yoxdur və maraqlı deyil. Hazırda doqquzuncu sinifdə oxuyuram. Amma böyüyəndə hansı peşəni seçməyimə qərar verməmişəm. Gələn ilə qədər qərar verərəm”.

Xoşqədəmin “İstəyirəm ki, həkim olasan” sözlərinə Ayan “Həkim olmaq çox çətindir. Həkim olmaq üçün isə çox oxumaq lazımdır” deyə cavabını verib.

Qeyd edək ki, R.Qarayevin ilk evlilikdən 15 yaşında Ayan adlı qızı var. Eyni zamanda müğənninin Günya Rəhimova adlı xanımla evliliyi isə beş il sürüb və bu nikahdan onların 10 yaşlı Xalidə adlı qız övladları var.

Tacxeber.com

Oxşar xəbərlər

Elza: “Küçələrdə “vyetnamka” ilə gəzənlər şərh yazır”

redaktor

Dövlət məmuru Zaurun verilişində məşhur aktrisaya elçi düşdü – Video

redaktor

Türkana nə olub? – “Çiyələk yedim sonra bütün bədənim şişdi”

redaktor