31 C
Bakı
13 Avqust 2025 15:39
GündəmKriminal

Azərbaycanda xəstəxananın şöbə müdiri qətlə yetirildi – Foto

Azərbaycanda xəstəxananın şöbə müdiri qətlə yetirildi - Foto

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov bu gün axşam saatlarında bıçaqlanıb.

Bu barədə Yenisabah.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqadası əraziyə yollanıb.

B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, yolda dünyasını dəyişib.

Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, B.Cabbarov 10.12.1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.

Bir 1 nəfər şəkili ola bilər

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda FACİƏ: Övladını boğulmaqdan xilas etməyə çalışan ata öldü

admin

Ukraynadakı yeni səfirimiz Ramiz Mehdiyevin qohumudur? – DOSYE

redaktor

İstanbuldakı terrorda şübhəli bilinən şəxs saxlanıldı

admin