16 C
Bakı
26 Sentyabr 2025 23:40
Gündəm

“Rusiyanın ölkəmizdəki hərbi mövcudluğu Ermənistanın təhlükəsizliyinə TƏHDİDDİR” – Paşinyan

“Rusiyanın Ermənistandakı hərbi mövcudluğu İrəvan üçün təhlükəsizlik təhdidləri yaradır”.

xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Son vaxtlar qərbli həmkarları ilə təmaslar zamanı Azərbaycan öz hərəkətlərini Ermənistan və Rusiyanın Azərbaycana qarşı birgə təcavüzkar hərəkətlər hazırlaması iddiası ilə əsaslandırır.

Bu bəyanatlar absurddur, lakin Ukrayna hadisələri fonunda bu tezisə Qərbdən maraq göstərilir.

Rusiyalı həmkarlarımızın diqqətini bu fakta cəlb edirik. Bildirirəm ki, onların susqunluğundan belə çıxır ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki respublikanın təhlükəsizliyinə təminat vermir, əksinə, Ermənistanın təhlükəsizliyinə təhdiddir”, – deyə Paşinyan bildirib. (KONKRET.az )

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu son bir neçə gündə olan İranın itkilərini sadaladı

admin

Həbs olunan milyonçu, kriminal avtoritet Oleq Bakinski kimdir?

admin

Xamenei İsrailə birbaşa hücum əmri verib

admin