11 C
Bakı
30 Mart 2026 05:14
Dünya

İmran Xan həbs oluna bilər

İmran Xan həbs oluna bilər

 

Pakistanın keçmiş Baş naziri İmran Xan və müxalif Ədalət Hərəkatı Partiyasının bir sıra liderləri haqqında məhkəmə sistemini təhqir etməyə, hörmətsizliyə görə Pakistan Seçki Monitorinq Komissiyası həbs barədə order verib.

Tacxeber.com “Daily Pakistan” qəzetinə istinadən xəbər verir ki, keçmiş Baş nazir və onun partiya yoldaşları girov qarşlığında sərbəst qala bilər.

Məlumata görə, bir müddət əvvəl İmran Xan və onun partiya yoldaşları – Əsəd Umar və Fəvad Çaudri antimüdafiə qaydalarını pozduqları üçün Seçki Müşahidə Komissiyası və Ali Məhkəməsi qarşısındakı dinləmələrə gəlməkdən imtina ediblər.

Məhkəmə iclaslarına dəfələrlə gəlməkdən imtina edərək hakimiyyəti təhqir etmələri səbəbindən onların və başqa müxalif siyasətçilərin həbsinə icazə verib.

Bildirilib ki, keçmiş Baş nazir və onun yaxınları onlara qarşı irəli sürülən ittihamları qanunsuz, uydurma hesab edirlər.

Qeyd edək ki, 2022-ci ilin aprelində parlamentin Aşağı Palatası İmran Xana etimadsızlıq göstərilməsinə dair səs verib. Pakistan Müsəlman Liqasının (Nəvaz fraksiyası) sədri Şahbaz Şərifi yeni Baş nazir seçilib.

Oxşar xəbərlər

39 ölkənin yer aldığı hərbi əməliyyatlar başladı – Dünya yeni savaşla üz-üzə

admin

Çin yoxa çıxan təyyarələrini İRANA GÖNDƏRDİ – İDDİA

redaktor

2005-dən sonra görünməmiş təhlükə: Mobil telefonlar və enerji sistemləri zədələnə bilər

redaktor