22 C
Bakı
11 Sentyabr 2026 03:47
Dünya

3 min azərbaycanlı saxlanılıb, 16-sı haqda edam qərarı var

3 min azərbaycanlı saxlanılıb, 16-sı haqda edam qərarı var

 

İranda etirazlar zamanı öldürülən 519 nəfərdən 69-u uşaqdır. 20 min etirazçı isə saxlanılıb. Onların 3 mini Güney azərbaycanlıdır.

Tacxeber.com xəbər verir ki, bu sözləri güneyli fəal Murtaza Muradpur yaydığı videoməlumatda deyib.

O, “Erk” insan haqları dərnəyinin son etirazlarda öldürülən və haqqında edam hökmü çıxarılan şəxslərlə bağlı statistikasını açıqlayıb.

“Ağır maddələrlə ittiham olunan 120 nəfərin əksəriyyəti edam olunmaq təhlükəsi ilə üz-üzədir. 16 nəfər azərbaycanlı haqqında da edam hökmü çıxarılıb. 33 nəfər güllə yarası alaraq öldürülüb. Heydər Əzimi Qarabaşi adlı şəxs polis idarəsində işgəncələrə məruz qalaraq həyatını itirib. Edam hökmü verilən şəxslərdən bir çoxuna Avropa Birliyi müvəkkillik etsə də, iki nəfər rejim tərəfindən asılaraq öldürülüb. Səhənd Nurməhəmmədzadənin Rəcəyi-Şəhr həbsxanasına göndərilməsi heç də xoş xəbər deyil. Çünki bu zindana göndərilən şəxslər sonda asılaraq edam olunur. Buna mane olmaq üçün hamını səfərbərliyə çağırıram”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Odessa limanı yaxınlığında bir gəmiyə dron hücumları nəticəsində Azərbaycan dənizçiləri həlak olub

redaktor

Husilər Babül Məndəbə doğru irəlilədi: Məkkə sazişi işə düşəcəkmi?

redaktor

Trampı təbrik etmək olar

redaktor