24 C
Bakı
14 Avqust 2025 00:21
Dünya

Türkiyə Azərbaycana döyüş təyyarələrini satmaq istəyir

 

Türkiyə Azərbaycana özünün döyüş təyyarələrinin alınmasını təklif edib.

Tacxeber.com yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir məlumat verib.

“Milli döyüş təyyarələri ilə bağlı dost və qardaş ölkələrə dəvət göndərmişik. Bu ölkələr siyahısında Azərbaycan, İndoneziya, Pakistan, Malayziyanı göstərmək olar. Əgər tələb varsa, müxtəlif səviyyələrdə bu məsələni onlara açmışıq. Tərəfdaşlığın bütün tərəflər üçün faydalı olacağını düşünürük”, – Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi deyib.

Dəmir qeyd edib ki, Türkiyə dost və qardaş ölkələrin müxtəlif səviyyələrdə müdafiə sənayesi layihələrində tərəfdaş kimi iştirakına açıqdır.

“2022-ci il ixracat rəqəmlərini gözlədiyimiz dərəcədə əldə etdik və bu həddi keçdik. 2023-cü ildə həmin rəqəmin 6 milyard dollar olacağını gözləyirik, bu, daha çox ola bilər”, – Türkiyənin müdafiə sənayesinin ixrac həcmi ilə bağlı sualı cavablandıran Dəmir əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

“4 saatlıq danışıqlardan sonra…” – Rusiya terroru himayə edən dövlət elan olundu

redaktor

Məşhur rus deputat hərbi xidmətə çağırıldı

redaktor

Azərbaycanda süni intellekt laboratoriyaları qurulur – 7 milyon ayrıldı

redaktor