12 C
Bakı
29 Mart 2026 19:26
Dünya

Tayvan yaxınlığında döyüş təyyarələri havaya qaldırıldı

Tayvan hərbçiləri gün ərzində adanın yaxınlığında 57 Çin döyüş təyyarəsi və dörd hərbi dəniz gəmisi aşkar ediblər.

Bu barədə Tayvan hərbi departamentindən məlumat verilib.

Tayvan ətrafında hava və dəniz məkanının müşahidəsi yanvarın 8-i səhər saat 6-dan 9-u səhər saat 6-dək aparılıb.

Xalq Azadlıq Ordusunun 57 təyyarəsindən 28-i Tayvan Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında müşahidə olunub. Onlardan atlı “Shenyang J-11” qırıcısı, iki “Su-30” qırıcısı, iki “Chengdu J-10” qırıcısı və iki “Harbin BZK-005” kəşfiyyat təyyarəsi Tayvan boğazının orta xəttini keçib.

Daha iki “Xian H-6” bombardmançı və bir “Harbin BZK-005” kəşfiyyat təyyarəsi Tayvanın cənub-qərb və cənub-şərq hava hücumundan müdafiə sektorlarında uçuşlar həyata keçirib.

Bunların izlənilməsi üçün Tayvan təyyarələri havaya qaldırılıb, döyüş gəmiləri və hava hücumundan müdafiə sistemləri hərəkətə gətirilib. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Saakaşvili Gürcüstanın Aİ-yə namizədliyinə Rəsulzadənin sözlərilə münasibət bildirdi.

admin

Ağac Kimi Böyüyən və Həyata Dəyişməz Ləyaqətlə Qarşılaşan Adam

admin

Alimlər kartofu tərəvəz statusundan çıxarmağı tələb edir – SƏBƏB

redaktor