29 C
Bakı
11 Avqust 2025 17:05
İdman

Ronaldo Səudiyyə Ərəbistanında 17 otaqlı kral mənzildə qalır – Fotolar

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo “Əl-Nəsr” klubu ilə 2 illik müqavilə imzaladıqdan sonra sevgilisi Corcina Rodriges və övladları ilə birgə Səudiyyə Ərəbistanına köçüb.

Tacxeber.com xəbər verir ki, futbolçu ailəsi ilə birgə 99 mərtəbəli “Four Seasons Hotel Riyadh” hotelində məskunlaşıb. Onlar üçün iki mərtəbəni tutan və 17 otaqdan ibarət olan kral mənzillər ayrılıb. Ronaldonun daha uyğun məkan tapana qədər bir otağın kirayəsi ayda 302 min dollara başa gələn hoteldə qalacağı bildirilib.

Qeyd edək ki, ölkədə mövcud İslam qanunları rəsmi evli olmayan cütlüklərin eyni dam altında yaşamasını qadağan etsə də, bu, Ronaldo ilə Corcinaya aid edilməyəcək. Bundan başqa, Corcinanın Səudiyyə Ərəbistanı vizası alması üçün iki yolu var. Birincisi, “Əl-Nəsr” onunla bir növ əməkdaşlıq etməlidir ki, bu halda o, işğüzar viza ala bilsin. İkinci, ona 90 günlük turist vizasının verilməsi.

Tacxeber.com

Oxşar xəbərlər

Kadi niyə “Qarabağa” qayıtmadı? – Ağdam klubu daha çox pul təklif etsə də…

admin

“Qarabağ” indi bir az zəifdir, amma “Rakov”la eyni gücdədir”

admin

Messi ilə bağlı sürpriz addım: Azarkeşlər şoka düşdü

redaktor