24 C
Bakı
23 İyun 2025 09:38
Dünya

“Kalibr” raketlərinin yaradıcısı vəfat etdi

 

“Kalibr” raketlərinin yaradıcısı, “Almaz-Antey” aerokosmik müdafiə konserninin (VKO) elmi direktoru Pavel Kamnev 86 yaşında vəfat edib.

Bu barədə konsernin mətbuat xidməti məlumat yayıb.

Kamnev 1937-ci ildə Mahaçqalada anadan olub. Moskva Aviasiya İnstitutunu bitirdikdən sonra M.İ.Kalinin adına Sverdlovsk Maşınqayırma Zavodunda mühəndislikdən baş konstruktorun birinci müavini vəzifəsinə qədər işləyib.

Rusiya Prezidenti Vladimir Putinin 21 aprel 2016-cı il tarixli fərmanı ilə Pavel Kamnev Rusiya Federasiyasının Əmək Qəhrəmanı adına layiq görülüb.

O, 20-dən çox ixtiranın müəllifi, 300-dən çox elmi əsərin həmmüəllifidir.

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynada hansı minerallar var?- Tramp onları buna görə istəyir

redaktor

Türkiyə polisinin saxladığı iş adamı azərbaycanlıdır? – Foto

admin

Kadırov Limandakı məğlubiyyəti şərh etdi: “Nüvə silahından istifadə etmək lazımdır”

admin