12 C
Bakı
29 Mart 2026 00:13
Hadisə

İki polis zabiti yaşadığı evdə boğularaq vəfat etdi

İki polis zabiti yaşadığı evdə boğularaq vəfat etdi

Siyəzən rayon Polis Şöbəsinin əməkdaşı olan iki polis zabiti dəm qazından boğularaq vəfat edib. Hadisə yanvarın 8-dən 9-na keçən gecə baş verib.

Bu haqda  DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, vəfat edənlər polis leytenantları – 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərovdur. Onlar işlədikləri Siyəzən rayonunda yerləşən mənzillərdən birində kirayə qalırmış. Faciə də yaşadıqları mənzildə baş verib.

Polis zabitlərinin dəm qazından boğularaq vəfat etdikləri müəyyənləşdirilib.

“Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsə başsağlığı veririk, səbr diləyirik”, – Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bugünlərdə Bakıda mənzillərdən birində dörd nəfərin meyiti tapılmış, araşdırmalar nəticəsində onların dəm qazından boğularaq, vəfat etdiyi müəyyənləşdirilmişdi.

Hər il Azərbaycanda onlarla insan dəm qazının qurbanı olur.

Tacxeber.com

Oxşar xəbərlər

Həbsdə olan I qrup əlil Famil Xəlilov aclıq aksiyasına başladığını bəyan edib

admin

Azyaşlı oğlunu sosial şəbəkədə satmaq istəyən ananın GÖRÜNTÜLƏRİ

redaktor

Nazilə Səfərli öldürülən həkimlə bağlı ilginc faktları açıqladı: “Onu həmişə qaraba-qara izləyirdi”

redaktor