19 C
Bakı
20 İyun 2025 05:36
Gündəm

Bakıda səhər saatlarında taksi “od qiyməti”nə qalxdı

 

Bu gün Bakıya qar yağması və yollardakı tıxac səbəbindən taksi xidmətləri qiymətləri iki dəfəyə yaxın bahalaşdırıb.

 xəbər verir ki, səhər saatlarından 12:00-a qədər müxtəlif taksi şirkətlərinin qiymətlərində 80-100 faiz arasında artım müşahidə edilib.

Eyni zamanda, konkret marşrut üzrə hərəkət edən “manatlıq taksilər” də qiymətləri kəskin artırıb, bəzi istiqamətlərdə artım 3-5 manat təşkil edib.

Hazırda isə qiymətlər stabilləşib. Taksi şirkətlərinin əksəriyyəti qiymətləri adi günlərdəki səviyyəyə endiriblər.

Taksi şirkətlərindən verilən məlumata görə, qiymət artımına qar yağdığı üçün taksi fəaliyyəti ilə məşğul olan şəxslərin işə çıxmaqdan ehtiyat etməsi, taksilərin azalması, tələbatın artması, eyni zamanda yollardakı böyük tıxaclar səbəb olub. (Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan Putinlə Astanada nədən danışacaq? – AÇIQLANDI

redaktor

“Nərmin işi”: Gündəmi silkələyəcək fakt üzə çıxdı – FOTO

redaktor

İngiltərə polisi Abdullah Gülün həyat yoldaşından oğurluq etdi

redaktor