Dünya

Ermənistanda qadınların hərbi xidmətə çağırılması imkanı nəzərdən keçirilir

Ermənistanda qadınların hərbi xidmətə çağırılması imkanı nəzərdən keçirilir

 

Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xidmətə çağırılması imkanlarını nəzərdən keçirir.

Tacxeber.com xəbər verir ki, bu barədə “Armenpress” agentliyi Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb.

“Yalnız onu təsdiq edə bilərəm ki, biz qadınlara könüllü olaraq hərbi xidmətə getmə imkanının verilməsi məsələsini müzakirə edirik”-deyə, o bildirib.

O, növbəti dəyişikliklərlə bağlı başqa məlumat verməyib. İndi Ermənistanda həqiqi hərbi xidmətə çağırış senzi 18-27 yaş, xidmət müddəti isə 24 aydır.

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu Norveçə gedəcəyi təqdirdə həbs ediləcək

redaktor

12 arvadı, 102 uşağı, 568 nəvəsi olan kişi: “Mən böyüdükcə ailəm də böyüdü”

redaktor

Vatsapda çoxdan gözlənilən funksiya

redaktor