CəmiyyətGündəm

Yusif Mustafayev: ““Uşaqpulu” verilmirsə, deməli, belə məsləhət bilirlər”

 

Əməkdar artist Yusif Mustafayev minimum əmək haqqı, pensiya və müavinətlərin artırılmasına münasibət bildirib.

Y.Mustafayev Pravda.az-a açıqlamasında “345 manatla dolanmaq mümkün deyil” deyənlərə belə cavab verib: “Dövlətimizin qanunları hamısı məni qane edir. Hökumətdə iqtisadçılar, hamıdan çox savadı olan insanlar var. Onlar nə məsləhət görürsə, hamımız buna razılıq verməliyik”.

Əməkdar artist “uşaqpulu”nun bərpa edilməsi ilə bağlı tələblərə də münasibət bildirib: “Allah qoysa, o da olar. Nə qərar verirlərsə, hər halda məsləhət odur. “Uşaqpulu” verilsə, yaxşı olar, verilməsə də, deməli, belə məsləhət bilirlər”.

Tacxeber.com

Oxşar xəbərlər

Rəşad Dağlının pərəstişkarları axın etdi, Prokurorluğun önündə izdiham yaşandı – VİDEO

admin

Abdullahian: “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”

redaktor

Nazilə Səfərlidən Rövşanəyə CAVAB: “Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz” – VİDEO

redaktor