20 C
Bakı
24 İyun 2025 06:04
Dünya

Roqozin onurğasından çıxan qəlpəni Makrona yolladı – FOTO

Roqozin onurğasından çıxan qəlpəni Makrona yolladı - FOTO

 

Rusiyanın “Roskosmos” korporasiyasının keçmiş rəhbəri Dmitri Roqozin Fransanın Rusiyadakı səfiri Pyer Leviyə məktub yazıb.

Bu barədə Roqozin özünün “Telegram” kanalında məlumat verib.

O, məktuba Fransanın Sezar artilleriya qurğusuna məxsus mərminin qəlpəsini də əlavə edib.

Roqozin yazıb ki, bu qəlpə onu az qala öldürəcək və ya şikəst edəcəkdi.

“Yalnız Rusiya hərbi və mülki həkimlərinin böyük məharəti və səbri sayəsində mən sağam və demək olar ki, sağlamam”, – dövlət korporasiyasının keçmiş rəhbəri vurğulayıb.

“Cərrahlar tərəfindən onurğamdan çıxarılmış qəlpəni, lütfən, Fransa prezidenti Emmanuel Makrona çatdırın”, – Roqozin yazıb.

Xatırladaq ki, Roqozin 2022-ci il dekabrın 22-də Donetskdə ad gününü qeyd edərkən yaralanıb.

Roqozin onurğasından çıxan qəlpəni Makrona yolladı - FOTO

Oxşar xəbərlər

Zelenski xalqa səsləndi: “Vəziyyət ağırdır”

redaktor

İrandan ŞOK TƏLƏB: ABŞ-la yeni razılaşma əldə olunarsa…

admin

Daha bir böyük COVID pandemiyasının vaxtı açıqlanıb

redaktor