11 C
Bakı
30 Mart 2026 03:03
Dünya

Niderlandda ölüm halları doğuş sayını üstələyib

 

Niderlandda 1900-cü ildən bəri ilk dəfə ölüm halları doğumları üstələyib.

Müvafiq məlumatı çərşənbə günü Niderlandın Mərkəzi Statistika İdarəsi dərc edib.

Təşkilatın məlumatına görə, 2022-ci ildə ölkədə 168 min uşaq doğulub, 169 min insan isə dünyasını dəyişib.

Büronun analitiki Dik ter Steyge vurğulayıb ki, oxşar vəziyyət yalnız 1900-cü ildə qeydə alınıb.

Belə vəziyyət qismən daha çox insanın koronavirus səbəbiylə ölməsi ilə bağlı ola bilər, lakin ekspertlər hər şeydə pandemiyanı günahlandırmamağa çağırırlar.

“Uzun illərdir ki, doğum nisbəti azalır, ölüm nisbəti isə yüksəlir”, – deyə ter Steyge bildirib.

Statistika idarəsi qeyd edib ki, ölüm hallarının doğumları üstələməsinə baxmayaraq, Niderland əhalisi artmaqda davam edir. Bunun səbəbi isə miqrasiyadır. Hazırda ölkədə 17,8 milyon insan yaşayır. 2022-ci ildə ölkə əhalisi 227 min nəfər artıb. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Arif Hacılı: “30 il düşmənlə savaşanda İranı yanımızda yox, önümüzdə gördük”

redaktor

Tanınmış aktyor və xanımı ölü tapıldı

admin

Təyyarədə uçuş zamanı telefonun söndürülməsi və ya “uçuş rejimi”ndə istifadə edilməsinin səbəbi açıqlanıb.

redaktor