21 C
Bakı
23 İyun 2025 03:20
Cəmiyyət

Elgiz əməkdar artistə “soyulmuş yumurta” dedi

 

Aparıcı Elgiz Əkbər paylaşdığı video ilə izləyicilərini güldürüb.

Elgizin verilişdən sonra Əməkdar artist Gövhər Rzayeva ilə söhbəti maraqla qarşılanıb. O, sənətçidən ona illərdir evlilik təklifi edilib-edilmədiyini soruşub:”Məhəbbətin qarmondur? Soyulmuş yumurta kimi ağappaq, su sonası kimi bir xanımın 22 il ərsiz yaşaması… Həqiqətən belədir?”.

Rzayeva isə “Bu, mənim həm ərim, həm oğlum-qızım, həm də çörək ağacımdır. Təkliflər çox olurdu. Mənim xərcim, rasxodum çoxdur. Qaçmırlar, mən istəmirəm, neynirəm? Artıq problemdir. Evdə istəmirəm ki, yeyənlərim çox olsun. Ərimi sevirdim, balalarımın atası idi də. 28 il yaşamışıq. İndi rəhmətə gedib. O vaxtı ağzının dadını dəyişmək istədi, getdi”, – deyə, bildirib.

Elgiz qarmon ifaçısına “Ona görə qaçıblar da sizdən. Kim istəməz ki, üstü qızıllarla dolu qarmon, qızılın-brilliantın içində, ev… Əriniz bu cür döşəməli aşı qoyub, gedib görəsən, nə yeyib? Dolma yox, şorba yeyib, yəqin. Şorbanı yedi, sonra döşəməli aşa qayıtmadı? Onda da hay-hayı gedib, vay-vayı qalmışdı?” deyərək cavab verib. (Pravda)

Tacxeber.com

Oxşar xəbərlər

Milli Məclisdə Şuşadakı aksiya barədə müzakirələr aparıldı: Deputatlar da qoşulsun

redaktor

“Hökumət problemləri görmək, analiz etmək, səbəbləri aradan qaldırmaq istəmir, və ya ….” – Natiq Cəfərli

admin

“Anama qovuşmağıma kömək edin” – “Quska”dan prezidentə MÜRACİƏT

redaktor