21 C
Bakı
23 İyun 2025 01:37
Planet

Güclü meteor yağışı olacaq: 110-a qədər “ulduz axacaq” – FOTO

Güclü meteor yağışı olacaq: 110-a qədər “ulduz axacaq” - FOTO

 

Kvadrantida meteor axının fəaliyyəti yanvarın 4-ü, çərşənbə gecəsi pik həddə çatacaq. Lakin Aydan gələn işıq səbəbindən onun gecə səmasında tam şəkildə müşahidəsi mümkün olmayacaq.

Bu barədə Moskva Planetariyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, meteor axını dekabrın 28-dən yanvarın 12-dək aktiv olacaq və ilin əvvəlində maksimum həddə çatacaq. Astronomların ehtimalına görə, yanvarın 4-nə keçən gecə isə saatda 110-a qədər “ulduz axacaq”.

“Ulduz yağışını gecə yarısından sonra daha yaxşı müşahidə etmək olar. Kvadrantid gecənin ikinci yarısında kifayət qədər hündürlüyə yüksəlir. Meteor yağışını görmək üçün səmanın şimal-şərq üfüqünə baxmaq lazımdır. Lakin bu il bu hadisəni müşahidə etmək üçün əlverişsiz şərait olacaq, çünki bu zaman Ayın bədrlənməsi başlayacaq”, – deyə planetariyadan məlumat verilib.

Qeyd edilib ki, bədrlənmiş Ay səmanı işıqlandıracağı üçün uçan meteorları ayırd etmək çətinləşəcək.

Güclü meteor yağışı olacaq: 110-a qədər “ulduz axacaq” - FOTO

Tacxeber.com

Oxşar xəbərlər

Yadplanetliləri ələ keçirmək üçün yeni plan: Artıq qaça bilməyəcəklər

admin

Yadplanetlilərlə bağlı gizli video aldım və… – ABŞ admiralı

admin

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

redaktor