Argentinalı ulduz futbolçu Lionel Messi Fransanın PSJ komandasının düşərgəsinə qayıdıb.

36 yaşlı hücumçu yığma ilə Qətərdə keçirilən dünya çempionatındakı qələbədən sonra ilk dəfə Parisə gəlib və kollektivə qoşulub.

Dekabrın 18-də Qətərdə DÇ-2022-nin Argentina və Fransa milliləri arasında baş tutan final matçının əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Oyunun əlavə vaxtında tərəflər hərəyə bir dəfə fərqlənib və matç penaltilər seriyasına qədər uzanıb.

Burada daha dəqiq olan (4:2) Argentina millisi tarixində 3-cü, Messi isə ilk dəfə dünya çempionu adını qazanıb.