19 C
Bakı
26 Sentyabr 2025 00:58
Hadisə

Bakıda oğlan evlərindən 50 min manat pul və 30 min manat dəyərində qızıl oğurlayıb

 

Yanvarın 3-də günorta saatlarında Nərimanov rayonu N.Hacıyev küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 50000 manat pul və 30000 manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin 2002-ci il təvəllüdlü oğlu olması müəyyən edilib. O, oğurluq əməlini xüsusi və peşəkar oğrular tərəfindən törədilməsi görüntüsünü yaratmaq, iz itirmək məqsədilə filmlərdə gördüyü metod və vasitələrdən istifadə etməklə törədib. Polisin əməkdaşlarının tutarlı sübutları əsasında o, törətdiyi oğurluq əməlini etiraf edib, talanan pul vəsaitinin bir hissəsini və qızıl əşyalarını gizlətdiyi yerdən çıxararaq istintaqa tədim edib.

O, saxlanılaraq cinayət məsuliyyətə cəlb edilib.

Nərimanov RPİ İstintaq şöbəsində araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Qubada məktəbdə baş verən insidentin TƏFƏRRÜATI – VİDEO

redaktor

Toya gedən FHN-nin 20 əməkdaşı işdən çıxarıldı – General Sevda Şirinovadan əmr

redaktor

İranda terrorçunu zərərsizləşdirən şəxsin ailəsi danışdı – VİDEO

redaktor