24 C
Bakı
13 Avqust 2025 22:39
Cəmiyyət

Uşaqlar arasında yen virus yayılıb: yüksək hərarət, boğaz ağrısı… – Həkim çağırış etdi

 

Son günlər uşaqlar, xüsusən məktəblilər arasında fərqli virusun yayılması ilə bağlı məlumatlar var. Virus uşaqların böyük əksəriyyətində yüksək hərarət, boğaz ağrısı ilə müşahidə edilir. Bu isə valideynlərdə narahatlığa səbəb olur. Xəstəliyin mövsümi, yoxsa yeni virus növünün göstəricisi olduğu ilə bağlı suallar yaranır.

Pediatr-reanimatoloq Qoşqar İsmayılov Pravda.az-a açıqlamasında xatırladıb ki, virus dekabrda həddindən artıq çox yayılıb.


Onun sözlərinə görə, virus hələ də yayılmağa davam edir: “Yanvar daxil olandan da müraciətlər olub. Yüksək hərarət, boğaz ağrısı, öskürək əsas simptomlardır. Burun axma ola da, olmaya da bilir. İki-üç gün sonra öskürəyə çevrilir. Bu kimi şikayətlər davam edir. Yayılan virus bildiyimiz qripin bir başqa formasıdır. Ona görə də uşaqlarımızda belə simptomlar varsa, mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Vaxtında həkimə müraciət olunanda virusa yoluxan uşaqlar tamamilə sağalırlar. İndi bayram olduğu üçün valideynlər uşaqları istər-istəməz qapalı məkanlara aparırlar. Bu, məsələhət deyil. Çünki qapalı məkanlarda sağlam uşaqlar xəstə uşaqlarla kontaktda olurlar. Bir çox hallarda həkimə tez müraciət ediləndə, antibiotikə ehtiyac olmadan da sağalırlar”.

Tacxeber.com

Oxşar xəbərlər

“Rəşad Dağlının nə qədər bıçaq zərbəsi vurması o qədər əhəmiyyət daşımır” – Elşad Hacıyev

admin

Xırdalanda məktəblini konflikt yaradan direktorla bağlı maraqlı məlumat – Arifə Balakişiyevanı Siciliya Adaları ilə nə bağlayır?

redaktor

“Baku Bus”ın sürücüsünə hücum edildi – ANBAAN VİDEO

redaktor