12 C
Bakı
28 Mart 2026 19:09
Dünya

Putindən müharibədə ölən rus əsgərlərinin ailələrinə maddi yardım

Rusiya prezidenti Vladimir Putin Ukraynada gedən müharibədə həlak olan rus əsgərlərinin ailələrinə 5 milyon rubl yardım edilməsi barədə qərar imzalayıb.

Tacxeber.com xəbər verir ki, Putinin imzaladığı, Rusiya əsgərləri, təhlükəsizlik qüvvələri və onların ailələri üçün əlavə sosial təminatları özündə əks etdirən qərar ” Rusiya Dövlət Qanunu İnformasiyası” saytında dərc edilib.

Qərara əsasən, “xüsusi hərbi əməliyyat” zamanı həyatını itirən hərbçilərin, Daxili İşlər Nazirliyinin və Rusiya Milli Qvardiyasının əməkdaşlarının ailələrinə 5 milyon rubl (təxminən 71,5 min dollar) birdəfəlik ödəmə veriləcək.

Bundan əlavə, sözügedən şəxslərə xəsarət, travma və ya şok keçirmələri halında 3 milyon rubl (təxminən 42 min 900 dollar) ödəniləcək.

İmzalandığı tarixdən qüvvəyə minən qərar 24 fevral 2022-ci il tarixindən etibarən həyatını itirən və yaralanan əsgərlərin ailələrini əhatə edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyev: “Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər”

redaktor

Əsədin həyat yoldaşı Rusiyada xərçəngdən müalicə alır

redaktor

Kadırov ilk dəfə döyüşçülərinin öldüyünü ETİRAF ETDİ: “23 nəfər ölüb, 58-i yaralanıb”

admin