24 C
Bakı
01 Oktyabr 2026 16:05
Hadisə

Gədəbəydə evdə partlayış oldu: Xəsarət alan var

Gədəbəydə evdə partlayış oldu: Xəsarət alan var

 

Gədəbəydə evdə qaz sızması nəticəsində partlayış olub.

Tacxeber.com-ın məlumatına görə, hadisə rayonun Qumlu kəndində qeydə alınıb.

Kənd sakini 2007-ci il təvəllüdlü Rəvan Ələsgərov bədənin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R.Ələsgərov evdə qazı yandıran zaman partlayış baş verib.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Flydubai pilotu təyyarəni fəlakətdən necə xilas etdi: dramın təfərrüatları

redaktor

205 il ərzində ilk qadın edamı

admin

Ronaldo yığmanın düşərgəsini tərk edib?

admin