26 C
Bakı
13 Avqust 2025 05:58
Dünya

Çavuşoğlu Pelenin vida mərasiminə qatıldı (FOTO)

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin yanvarın 2-də Santosda baş tutan vida mərasimində iştirak edib.

Diplomatik mənbələrdən alınan məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində Türkiyəni təmsil edən nazir M.Çavuşoğluna Pelenin vida mərasimində iştirak etməyi tapşırıb.

Qeyd edək ki, Pele kimi tanınan və futbol tarixində böyük uğurlara imza atmış futbolçu Edson Arantes du Nasimento dekabrın 29-da müalicə olunduğu San-Pauludakı xəstəxanada vəfat edib.

Tacxeber.com

Oxşar xəbərlər

DTX Fərhad Əhmədovun obyektlərində əməliyyat keçirir

redaktor

Millət vəkili jurnalistin başına qapaz vurdu – VİDEO

redaktor

Argentinanın yeni prezidenti dinini dəyişir.

admin