30 C
Bakı
14 Avqust 2025 17:48
İqtisadiyyat

Bakıda kafe və restoranlarda qiymətlər artdı – VİDEO

 

Bakıda fəaliyyət göstərən restoranlarda qiymətlər günü-gündən artmaqda davam edir.

Tacxeber.com Xezerxeber-ə istinadən xəbər verir ki, artım xüsusilə bayram günləri daha çox hiss edilir.

Müştərilər deyirlər ki, kabablar və digər qidalar kəskin bahalaşıb.

Bundan başqa, bəzi restoranlar depozit tələb edirlər ki, bu da həddindən artıq yüksək olur.

Restoran müdiri Fərid Adıgözəlov obyektdə depozit olmadığını deyir. O, buna baxmayaraq, bahalaşmanın olduğunu və onun səbəblərini açıqlayıb.

Bildirilib ki, restoranda müştərilərə verilən meyvə-tərəvəz, eləcə də ətlərin ən keyfiyyətlisi seçilir. Bu da qiymətin daha yüksək olmasının səbəbidir.

Həmçinin işçi xərclərinin də günü-gündən artdığı bildirilir.

Restoran işlədən şəxslər deyirlər ki, qida məhsullarının qiyməti daha da artarsa, yeməklərin bahalaşması davam edəcək.

Daha ətraflı süjetdə:

 

Oxşar xəbərlər

Hamı bir-bir bizim batan gəmimizi tərk edir

admin

Dünya iqtisadyyatında dalğalı dövr yaşanır. Bəs bizim hökumət və Mərkəzi Bank nə edir?

admin

“AZAL” və “Buta” niyə birləşir? – Hava nəqliyyatındakı böyük siyasətin pərdəarxası

redaktor