Dünya

Əfqanıstanda yerli istehsal olan avtomobilin təqdimatı keçirilib – VİDEO

 

Əfqanıstanda, adətən, avtoyürüşlərdə istifadə edilən sürətli idman avtomobili hazırlanıb.

Yerli istehsal olan idman avtomobilini Məhəmməd Rza Əhmədi adlı Əfqanıstan vətəndaşı hazırlayıb.

Avtomobilin təqdimetmə mərasiminə “Taliban” hökumətinin müdafiə nazirinin müavini Qulam Heydər Səhamət da qatılıb.

Qulam Heydər Səhamət layihəni həyata keçirən şəxsin işini yüksək qiymətləndirib, bu nümunəni ölkənin özünü təmin etməsi və çiçəklənməsi yolunda mühüm addım kimi qiymətləndirib. (Oxu.az)

“Taliban” hökumətinin nümayəndəsi avtomobili hazırlayan şəxsə pul mükafatı da təqdim edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Saakaşvilinin taleyi Ukraynanın qələbəsindən asılıdır” – Qordon

admin

Rişi Sunak Britaniyanın baş naziri oldu

redaktor

İnsanlar ölümdən sonra bir müddət ətrafı izləyir – Alimlərdən şok tədqiqat

redaktor