Gündəmİdman

Ronaldonun 7 il əvvəl Xavini ələ salan sözləri yenidən gündəm oldu

Ötən gün “Əl-Nəsr”ə transfer olunduğu açıqlanan Kriştiano Ronaldonun hələ 2015-ci ildə verdiyi müsahibə yenidən gündəm olub.

Həmin müsahibədə portuqaliyalı hücumçu Yaxın Şərqin futboluna, “Barselona”dan Qətərin “Əl Sədd” klubuna keçən yarımmüdafiəçi Xaviyə lağ edib. Xavi isə Lionel Messini Ronaldodan daha yaxşı futbolçu olduğunu açıqlayıb.

Ronaldo illər öncə müsahibələrindən birində bunları deyib: “Xavi heç vaxt “Qızıl top”u qazanmayıb və onun fikri məni maraqlandırmır. O, heç kimə lazım olmadığı üçün Qətərə getdi”.

O, bir başqa müsahibəsində isə deyib: “Mən karyeramı TOP səviyyədə başa vurmaq istəyirəm, ABŞ, Qətər və ya Dubayda deyil”.

Qeyd edək ki, 37 yaşlı oyunçu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə 2 illik müqavilə imzalayıb. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan kəndlərinə girən erməni həbs olundu

redaktor

Türkiyəli pilotdan Avropa çempionu olan qızlarımıza xoş sürpriz – VİDEO

redaktor

“Çalışmaq lazımdır ki, toy gecəsinə kimi oğlanlar da bakir olsun” – İqbal Ağazadə

redaktor