Dünya

Pelenin anası oğlunun ölümündən xəbərsizdir

 

Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selest Arantes oğlunun ölümündən hələ də xəbərsizdir.

Bu barədə keçmiş forvardın bacısı danışıb. O deyib:

“Biz danışırıq, amma onun vəziyyətdən xəbəri yoxdur. O, öz aləmindədir. Adını çəkib “Onun üçün dua etməliyik” deyəndə gözlərini açır. Amma əslində anam dəqiq nə demək istədiyimi başa düşmür”.

Xatırladaq ki, Pelenin anasının 100 yaşı var.

Qeyd edək ki, Pele 2 gün əvvəl 82 yaşında xərçən xəstəliyinə görə dünyasını dəyişib.

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan fərqli olaraq, Avropa Rusiyayla iqtisadi əlaqələri bərpa etmək niyyətində deyil.

admin

Fransa generalı: Ukraynaya ordu yeridilə bilər

redaktor

“Liverpul”dan Xavi Alonsoya 3 illik təklifi

admin