16 C
Bakı
27 Sentyabr 2025 03:22
DünyaGündəm

“Yeddi aydır ki, günəş şüası görmürəm” – Saakaşvili

 

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hansı şəraitdə saxlanmasından, tibbi yardımın necə göstərilməsindən danışıb.

Tacxeber.com xəbər verir ki, Saakaşvili bu barədə “Ukrainska Pravda”-ya müsahibəsində bildirib.

“Mən elə bir klinikadayam ki, həkimlər onlar üçün çox çətin şəraitdə mənə mümkün qədər kömək edirlər. Onlar hər gün Gürcüstanın təhlükəsizlik xidməti tərəfindən sorğu-sual olunur və hər dəfə tibb bacısı adi bir şey üçün (məsələn, həb vermək üçün) yanıma gələndə onu hərtərəfli araşdırırlar. Təsəvvür edin ki, bu, gündə 30 dəfə baş verir. Mənim palatamın pəncərələri qalın plyonka ilə örtülüb, yeddi aydır ki, günəş şüası görmürəm”, – sabiq prezident qeyd edib.

Saakaşvili, həmçinin bildirib ki, son hipertonik kriz zamanı həbsxana işçiləri onun reanimasiya şöbəsinə köçürülməsinə icazə verməyiblər.

Xatırladaq ki, amerikalı həkim Devid Smit Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin saç və dırnaq nümunələrində ağır metallar və digər maddələrin, xüsusən də civə və arsenin, habelə düzgün müalicə olunmaması ilə bağlı xəstəliklər və asılılığın aşkar edildiyi barədə ekspert rəyi vermişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Priqojinin öldüyünə dair heç bir sübut yoxdur – Budanov

redaktor

Rusiyada Leninin heykəlinə hücum edildi

redaktor

Hər doğum günündə 8 il qocalan “TikTok” fenomeni “152 yaş”ında vəfat etdi – FOTO

redaktor