Hadisə

Məşhur tarzən xəstəxanaya yerləşdirildi

 

Xalq artisti Ağasəlim Abdullayev xəstəxanaya yerləşdirilib.

Məşhur tarzən müalicə olunması üçün Yeni Klinikaya aparılıb. 72 yaşlı sənətkara ezofagit diaqnozu qoyub.

Qeyd edək ki, ezofagit mədə yanması, qıcqırma, qida borusuna yemək qalığı və mədə şirəsinin sıçraması ilə xarakterizə olunan qida borusu divarının iltibabi xəstəliyidir.

Qida borusu divarının iltihabının əsas səbəbi reflüksdür. Getdikcə dərinləşən reflüks yaşlı insanlarda xroniki hala keçib, yeməkdən sonra, gecələr və səhər yuxudan oyanan kimi güclü yanğı, ürəkbulanma, qıcqırma, hətta qaytarma kimi tutmalarla xəstəni incidir.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda qeyri-adi qəza: Evakuator körpüyə ilişdi – VİDEO

redaktor

Erməni diversantlarının dünən Zəngilanda qoyub qaçdıqları avtomobilin FOTOLARI

redaktor

İranın İsrailə hava hücumu nəticəsində 7 yaşlı uşaq öldü

redaktor