4 C
Bakı
26 Dekabr 2025 11:35
Hadisə

Dövlət sərhədində 2 nəfər tutulub, 6 kq narkotik və silah götürülüb – FOTO

Dövlət sərhədində 2 nəfər tutulub, 6 kq narkotik və silah götürülüb - FOTO

Dekabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Balışov Elmir Əziz oğlu və Xaçmaz rayon sakini 1988-ci il təvəllüdlü Bayramov Cəlal Akif oğlu saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən məlumata görə, saxlanılan şəxslərin üzərinə baxış zamanı 6 kiloqram 200 qramnarkotik vasitə (5 kq 700 qram “marixuana”, 500 qram “metamfetamin” və 980 ədəd “metadon M-40” həbləri), 1 ədəd Türkiyə istehsalı olan “Hatsan” tir tüfəngi və ona məxsus 264 ədəd qırmaaşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər sülhməramlılara hücum etdi – VİDEO

redaktor

Rusiyada iki məktəbli Mİ-8 helikopterini məhv edib.

admin

Ərdəbilin imam-cüməsi “xortladı” – sərsəm ittihamlar

admin