Hadisə

Avtomobil aşdı, uşaqlar 2 gün valideynlərinin meyiti ilə maşında qaldı

Avtomobil aşdı, uşaqlar 2 gün valideynlərinin meyiti ilə maşında qaldı

Dəhşətli hadisə Avstraliyada qeydə alınıb. Yaşayış məntəqəsindən 200 km kənarda “Land Rover” qəzaya uğrayıb.

Qəza nəticəsində ata və ana ölüb, avtomobil çevrilib. 3 uşaq avtomobili tərk edə bilməyib. 5 yaşlı qız uşaq oturacağında olan 2 yaşlı qardaşının kəmərini açıb. 4 yaşlı uşaq isə oturacaqdan tərpənə bilməyib.
Uşaqlar qızmar istidə 2 gün maşının içində qalıblar. hadisədən ailənin dostu xəbər tutub. O, ailədən xəbər çıxmadığını görüb polisi məlumatlandırıb. Maraqlıdır ki, yüksək intensivlikli yolda aşmış avtomobil heç kimin diqqətini çəkməyib.
Uşaqlar hərbi helikopterlə xəstəxanaya çatdırılıb. Onların vəziyyəti kafidir. (Avtosfer)

Tacxeber.com

Oxşar xəbərlər

Təyyarənin təkərində donmuş insan meyiti tapıldı

admin

Məhkəmə xərçəng olması ehtimalına rəğmən Ələsgər Məmmədlini həbsdə saxlayıb

admin

Sumqayıtda sərnişin avtobusu yandı – VİDEO

admin