Dünya

Nurəddin Mehdixanlı: “İran rejimi artıq qocalıb, baş verənlərə hazır olmalyıq…”

Nurəddin Mehdixanlı: “İran rejimi artıq qocalıb, baş verənlərə hazır olmalyıq...”

“Bütün imperiyaların yaranışı və çöküşü var. Bu gün İran imperiyadır və onun çöküş prosesi başlayb”.

Bu sözləri Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib.
Onun sözlərinə görə, bu məsələdə nə ərəbi, nə bəlucu, nə kürdü, nə azərbaycan türklərini, nə də başqa etnik xalqları günahkar saymaq lazımdır:
“Rejimin artq yaşa dolması, qocalması və bu sayaq idarəetmənin mümkün olmadığı göz qabağındadır. Nəticə etibarı ilə xalqların, millətlərin haqqı tapdanır. Dili qadağan edilir, milli-mənəvi dəyərləri qadağan edilir, milli kimliyini bəyan etməyə haqları yoxdur. Təbii ki, belə olan halda, İranda proseslər bu şəkildə davam edəcək”.
“Sadəcə biz baş verənlərə hazır olmalyıq. Düşünürəm ki, o taylı-bu taylı azərbaycanlılar müəyyən mənada buna hazırdırlar”, – deyə Xalq artisti vurğulayıb.
Aktyor əlavə edib ki, biz kiminsə daxili işlərinə qarışmırıq, halbuki bizə şiə qardaşım deyən, müsəlman qardaşım deyən İran-fars rejimi bizim daxili işlərimizə qarışır:
“Biz haqqımız-hüququmuz çatan nəsnələri tələb edirik. Düşünürəm ki, qarşıdan gələn illərdə də proseslər buna doğru irəliləyəcək”.

Oxşar xəbərlər

“General Polad Həşimov gəmisi” Ukraynadan günəbaxan yağı daşıyacaq

redaktor

Kadırov 17 yaşlı oğluna yüksək vəzifə verdi – FOTO

redaktor

Zaporojye AES tamamilə dayandırıldı

admin