30 C
Bakı
12 Avqust 2025 11:16
Dünya

İsrail bu tarixdə İrana hücum edəcək – Müdafiə naziri

“Yaxın 2-3 ildə İrana hücum edə bilərik”.

Tacxeber.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Benni Qants söyləyib.

Bildirilir ki, Təl-Əviv-Tehran xəttindəki gərginlik Benni Qantsın hərbi hava qüvvələrinin tələbələri qarşısında çıxışı zamanı etdiyi bu açıqlama ilə yeni miqyas alıb.

Qants vurğulayıb: “2015-ci il nüvə sazişinin yenilənməsi üzrə beynəlxalq səylərin dayandırılması ilə İran uranın zənginləşdirilməsi prosesini sürətləndirdi”.

Müdafiə Naziri Qants hərbi hava qüvvələrinin kursantlarına “İki və ya üç ildən sonra siz İrandakı nüvə obyektlərinə doğru hücumda iştirak edə bilərsiniz”, – deyə xitab edib.

O əlavə edib: “İsrail son illərdə hazırlıqlarını xeyli artırıb və İrana hücum ehtimalını istisna etmir”.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Ukraynaya uzaqmənzilli raketlərin verilməsinə razılıq verdi

redaktor

Trampın portretinin ABŞ-ın Raşmor dağına həkk edilməsi TƏKLİF EDİLİR

redaktor

Yekaterinburqda soydaşlarımızın ölümünə səbəb olan polislərin FOTOLARI

redaktor