27 C
Bakı
10 Avqust 2025 04:23
Dünya

Bu ölkədə hər uşağa görə ailələrə 7,5 min dollar VERİLƏCƏK

Yaponiya hökuməti 2023-cü il aprelin 1-dən etibarən paytaxt Tokiodan əhalinin daha az məskunlaşdığı ərazilərə köçməyə qərar verən ailələrə müavinətləri artırmaq qərarına gəlib.

Bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Bildirilib ki, ödənişlər bir uşaq üçün hazırkı 300 min yendən (təxminən 2,2 min dollar) 1 milyon yenə (7,5 min dollar) çatdırılacaq. Çoxuşaqlı ailələr maksimum 3 milyon yen (təxminən 22,5 min dollar) məbləğində müavinət ala biləcəklər.

Məlumata görə, pul əyalətə köçdükdən sonra Tokioda işləməyə davam edənlərə də ödəniləcək.

Qeyd edək ki, Yaponiya hökuməti əhalinin paytaxt ərazisində cəmləşməsi və eyni zamanda ölkənin ucqar rayonlarında sakinlərin sayının azalmasıdan narahatdır. Hökümət 2027-ci ilə qədər Tokiodan hər il ən azı 10 min insanın köçürülməsinə nail olmaq istəyir. (KONKRET)

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkə məmurlara şəxsi təyyarələrdə uçmağı QADAĞAN EDİR

redaktor

Nyutondan dövrümüz üçün MƏŞUM MESAJ: “Zülmlər onun gəlişi ilə başa çatacaq”

redaktor

Ukrayna ordusu indi də Belqoroda girir.

admin